Ru
10:27 / 23 Sentyabr 2019

51 cinayətin üstü “isti izlər”lə açıldı

1102
Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, sentyabr ayının 21-dən 23-dək törədilən 51 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qaan 26 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər