Ru
15:13 / 11 Avqust 2020

53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub

991
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq. Ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.


“BakuPost” xəbər verir ki, ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinəttəqaüd növünün) elektron təyinat sistemləri yaradılıb. Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər