56 nəfər qidadan zəhərləndi

  • 20 İyl 2019 09:53
  • 509 Baxış
56 nəfər qidadan zəhərləndi
Türkiyənin Ərzincan şəhərində qidadan kütləvi zəhərlənmə halı qeydə alınıb.




Bakupost Türkiyə mediasına istinadən xəbər verir ki, 21-i uşaq olmaqla azı 56 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.




Hadisə orduya çağırışla bağlı tədbirlərdən sonra verilən ziyafətdə baş verib. Çox keçmədən yüksək temperatur, ürəkbulanma, başgicəllənmə və qaytarma şikayəti ilə təcili yardım çağrılıb.




"Təcili yardım" maşınları zərərçəkmişləri xəstəxanalara çatdırıblar.

 

Vəsilə İbrahim

BAKUPOST