Ru
13:13 / 27 Yanvar 2020

6 rəhbər şəxs işdən çıxarıldı - Korrupsiya

5953
"Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".

BakuPost-un məlumatına görə, bu barədə təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında deyib.


Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.

Həmçinin, müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.

"Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək", - deyə nazir qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər