Ru
02:00 / 31 Oktyabr 2019

7 aylıq körpənin böyrəyindən 40 ədəd daş çıxarıldı - FOTOLAR

3181
Türkiyədə xəstəxanaya gətirilən körpə dərhal əməliyyata alınıb.

BakuPost.az xəbər verir ki, hələ 7 aylıq olan Zeynep Ece ailəsi tərəfindən narahatlıq, sidik rənginin pozulması, pis qoxusu və qanaxma kimi şikayətlərlə xəstəxanaya aparılıb.
Uşaq müayinə olunub və böyrəyində daş olduğu görülüb. Həkimlər körpəni dərhal əməliyyata alıb. Onun böyrəyindən 40 ədəd daş çıxarılıb.

Həkim, bu xəstəliyin daha çox yetişkin insanlarda görülən bir xəstəlik olduğunu qeyd edib. Həmçinin, həkim Dağgülü bildirib ki, böyrək daşı bütün yaş qruplarında görülə bilər. Onun sözlərinə görə, Türkiyədə böyrək daşı narahatlığına ənçox Şərq və Cənub-Şərqi Anadolu bölgələrindərast gəlinir.

Dağgülü bunun bir çox amildən asılı olduğunu ifadə edərək, xəstəliyin iqlim, genetik xüsusiyyətlər və qidalanma vərdişlərinə görə yarandığını bildirib. Bu narahatlıq bölgədəki həm körpələrdə, həm uşaqlarda, həm də böyüklərdə çox görülür.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər