Ru
21:44 / 16 İyul 2019

71 yaşlı kişi əməliyyatdan sonra öldü

2385
Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib. BakuPost-un  "Report"a istinadən xəbər verir ki, rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib. Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər. S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər