Ru
14:02 / 16 İyul 2019

77 nəfər əvvəlki işinə bərpa olundu

2012
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.


Nazirlikdən Bakupost-a bildirilib ki, Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər əvvəlki işlərinə bərpa olunublar.


Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub.


Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edilib.


Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər