Ru
17:46 / 18 Fevral 2020

MSK-dan Nurullayevin dairəsi ilə bağlı qərar

3107
MSK-nın iclasında 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan şikayəti MSK üzvü Bəxşeyiş Əsgərov çatdırıb.

Həmin seçki dairəsi üzrə namizəd olmuş İlqar Hüseynli, İltizam Əkbərli, Murad Fərzəliyevin şikayətinə baxılıb.

B.Əsgərov qeyd edib ki, İ.Hüseynli DSK-nın 4 məntəqə üzrə qərarını şikayətləndirib:“Daha sonra MSK-ya göndərdiyi şikayətdə məntəqələrin sayı daha çox olub. İltizam Əkbərli də bir sıra məntəqələrdən şikayətini çatdırıb. Videogörüntülər araşdırılarkən 2 məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edilib. Bunlar 14 və 23 saylı məntəqələrdir. Əsas mübahisələndirilən məsələlər protokolların verilməməsidir”.

B.Əsgərov sosial şəbəkələrdə olan məlumatları və namizədlərin təqdim etdikləri görüntüləri araşdırdıqlarını bildirib:

“Bütün bu araşdırmalar nəticəsində ekspert qrupu bu qənaətə gəlib ki, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə protokollarda seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müəyyən olunub”.

Daha sonra bu məntəqələrdə nəticələr etibarsız sayılıb.

MSK-nın son qərarınadək bu dairədə 20.9 faiz səslə Razi Nurullayev lider idi. Nurullayev topladığı 2705 səslə ikinci yerdə olan Murad Fərzəliyevi (2663 səs) qabaqlayırdı. 14, 16, 21, 23 və 25 saylı məntəqələrin nəticələri ləğv edildikdən sonra 2398 səsi qalıb. Murad Fərzəliyev isə 2209 səslə yenə ikinci olub. (Axar.az)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər