Ru
15:17 / 15 May 2021

8 erməni Laçın yolunu kəsib, silah tələb etdi – Ordumuza qarşı

4442
Ermənistanın Qaragöl ətrafında yaratdığı şou və dezinformasiya davam edir.

Bakupost.az xəbər verir ki, ötən gün 8 erməni Laçın yolunu (Qarabağa gələn yol) bağlayaraq, “sərhədlərin qorunması üçün” silah tələb ediblər.

Ermənistan hüquq-mühafizə orqanları sözügedən şəxsləri saxlayıb. Saxlanılan zaman polislə qarşıdurma da yaşanıb, aksiyaçılardan biri polis maşınının şüşəsini sındırıb.

Onların barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, 44 günlük müharibə zamanı darmadağın edilən erməni ordusunda fərarilik edən əsgərlərin sayı 12 min olub. Bu rəqəm rəsmi olaraq 60 min şəxsi heyətə (aktiv) malik ordu üçün olduqca böyük rəqəmdir.

Hazırda Qaragöldə Azərbaycan əsgərini görən ermənilərin dəhşətli panikaya düşdüyü, çobanların sürüsünü qoyaraq qaçdığı, erməni əsgərlərin dərhal geri çəkildiyi və Rusiya sərhədçilərini çağırdığı bir zamanda 8 vətəndaşın belə bir “şousu” gülüncdür.

Elnur,
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər