Ru
11:29 / 10 İyul 2019

8 nəfərin öldüyü dəhşətli qəza barədə ŞOK FAKT: sürücünün ailə üzvləri yolda maşından düşübmüş

4760


Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb. 

 

Bakupost.az-a daxil olan məlumata görə, yük maşını ilə toqquşan "Mercedes Vito” markalı mikroavtobusun sürücüsü yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda Nizami Mustafayev bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib. 

 

Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Nizami Mustafayevin atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur. 

 

Bildirilir ki, Nizami Mustafayev dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. Onun həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib. 

 


 

Mənbəmiz deyir ki, Astara-Bakı yolundakı "Hacıoğlular" restoranında çay fasiləsinə dayanan Nizami Mustafayevin ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə onun maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər. 

 

Nizami Mustafayev isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib. 

 

 Nizami Mustafayevin dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib. 

 


8 nəfərin öldüyü dəhşətli qəza barədə ŞOK FAKT:  sürücünün ailə üzvləri yolda maşından düşübmüş
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər