Ru
15:59 / 24 May 2019

87 yaşlı bibisini qəbiristanlıqda zorlayıb öldürən şəxsin cəzası bilindi

2211
 

87 yaşlı bibisi zorlayıb öldürən Mişi Miqirovun məhkəməsi bitib.

 

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun hökmünə əsasən, Mişi Miqirov 19 il müddətinə azadlıqdan məhrum edilib. 


Qeyd edək ki, ötən il aprelin 17-də Quba rayonunun Qırmızı qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı qətlə yetirib.

 

Quba rayon polis şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıb. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında olub.

 

Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra o ahıl qadını zorlayıb. 

 

Mişi Miqirov hadisə zamanı sərxoş olub.

 

İstintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə)  149-ci (zorlama), 150-ci (seksual xaraktelerli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər