Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi - Yenilənib

1053
 
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

BakuPost Oxu.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.
 
* * *
 
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

BakuPost xəbər verir ki, bu barədə Media.Az məlumat yayıb. Sayt yazıb ki, eks-rektor VİP palataya yerləşdirilib.

Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər