Ru
10:54 / 22 Oktyabr 2019

ABŞ azad etdi, Ərdoğan vəzifə verdi

2217
ABŞ-da həbsdən azad edilən "Halkbank"ın keçmiş müdir müavini Hakan Atilla yeni vəzifəyə təyin edilib.

BakuPost.az xəbər verir ki, bu barədə Maliyyə naziri Bərat Albayrak Tvitter hesabında yazıb.

“Haqsız yerə həbsdə yatmasından sonra ailəsinə və ölkəsinə qovuşan Hakan Atillanın istirahət dönəmi bitdi. İstanbul Fond Birjasının baş direktoru kimi vəzifəsinin icrasına başlayır. Bu vəzifənin onun və İstanbul Fond Birjası üçün uğurlu olmasını diləyirəm”, - Albayrak bildirib.

Xatırladaq ki, uzun müddət ABŞ-da həbsdə saxlanılan "Xalqbank"ın keçmiş müdir müavini Hakan Atilla iyulun 19-u azadlığa buraxılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər