ABŞ-da terror qurbanları anıldı

  • 11 Sen 2019 21:03
  • 12936 Baxış
ABŞ-da terror qurbanları anıldı
ABŞ-ın Nyu-York şəhərində 2001-ci il sentyabrın 11-də terror hücumları nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin yerləşdiyi məkanda anım mərasimi keçirilib.

BakuPost-un
xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın dövlət bayrağının təntənəli daşınmasının ardınca saat 08:46-da, yəni terrorçuların ələ keçirdikləri sərnişin təyyarəsini DTM-in şimal qülləsinə çırparaq terror hadisəsini törətmələrindən 18 il sonra matəm sükutu elan edilib.

Daha sonra ölənlərin qohumları mərhumların adlarını sadalamağa başlayıblar. Bütövlüklə Nyu-Yorkdakı DTM-ə, Vaşinqtonda Pentaqon binasına hücumlar nəticəsində ölənlərin, həmçinin Pensilvaniya ştatında terrorçuların ələ keçirdikləri və sonra qəzaya uğramış təyyarənin sərnişinlərinin (cəmi 2983 nəfər) adları sadalanıb. Onların adları həkk olunmuş xatirə abidəsinə güllər düzülüb.

Tədbirdə şəhərin sabiq meri Rudolf Culiani və onun indiki xələfi Bill de Blazio, başqa rəsmi şəxslər iştirak edirlər.

Tədbir bir çox televiziya tərəfindən birbaşa yayımlanır.