Ru
00:20 / 21 Fevral 2026

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama
Eye

Vaşinqton polisi Azərbaycan Prezidenti İlham Əliyevin kortejinə edilən hücumla əlaqədar araşdırma aparır.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Makheta Vatson bildirib.

"Polis departamenti hadisədən xəbərdardır. ABŞ Məxfi Xidməti ilə birlikdə hadisə yerinə baş çəkilib. Heç kim həbs olunmayıb", - deyə o bildirib.

Departament sözçüsü qeyd edib ki, iş ABŞ Məxfi Xidməti tərəfindən Dövlət Departamentinə göndərilib.

Xatırladaq ki, fevralın 19-da bir qrup şəxs Vaşinqtondakı "Waldorf Astoria" otelinin qarşısında təxribat xarakterli hərəkətlər edib. Hadisə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı zamanı baş verib.

Prezidentin korteji otelə yaxınlaşarkən bir qrup şəxs mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin kortejinə hücum etməyə çalışıblar.

Prezidentin Mühafizə Xidməti təxribatın qarşısını alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar