ABŞ dövlət katibi postuna namizədlərin rəsmi siyahısı - Açıqlandı

257
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.

Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.

"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib. "Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq".

D.Tramp da müsahibəsində söyləyib ki, yaxın həftələrdə demək olar ki, kabinetin tam tərkibi formalaşdırılacaq.
 
Bakı Post

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər