Ru
21:32 / 20 Sentyabr 2019

ABŞ İran Milli Bankına sanksiya tətbiq edib

1676
ABŞ hökuməti İran Milli Bankına qarşı sanksiya tətbiq edib.

BakuPost-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.

O, bu sanksiyanın İrana indiyədək tətbiq olunan ən sərt məhdudlaşdırıcı tədbir olduğunu diqqətə çatdırıb.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Milli Bankın İran hökuməti üçün son vəsait mənbəyi olduğunu qeyd edib.

Qeyd edək ki, İranın ən iri maliyyə təsisatı olan, ölkədə 3 min şöbəyə malik Milli Bankın aktivləri 2016-cı ildə 80 milyard dollar məbləğində dəyərləndirilirdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər