Ru
23:00 / 12 Noyabr 2025

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Eye

ABŞ İranın ballistik raket və PUA istehsalına dəstək verən bir sıra ölkələrdəki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters“ ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bunun Vaşinqtonun Tehrana təzyiqi artırmaq cəhdlərinin növbəti mərhələsi olduğu bildirilib.

Məlumata görə sanksiyalar İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada yerləşən, müxtəlif təchizat şəbəkələrində fəaliyyət göstərən ümumilikdə 32 fiziki və hüquqi şəxsə yönəlib.

“Bu şəbəkələr ABŞ və müttəfiq qüvvələrin Yaxın Şərqdəki personalı, həmçinin Qırmızı dənizdəki kommersiya gəmiçiliyi üçün təhlükə yaradır”, - nazirliyin bəyanatında deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar