Ru
12:13 / 10 Sentyabr 2019

ABŞ Kremldəki məxfi agentini Rusiyadan qaçırıb – Sensasion iddia

3178

2017-ci ildə ABŞ kəşfiyyatı Rusiya hakimiyyətində çalışan ən dəyərli agentlərindən birini qaçırmağı bacarıb.



BakuPost.az
xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Məlumata görə, ABŞ casusu Vaşinqtonu Kremlin daxili fəaliyyəti, eləcə də Rusiya Prezidenti Vladimir Putinin planları və onun fərqli məsələlərdə mövqeyi ilə bağlı məlumatla təmin edib. Casusun ABŞ hökumətinə uzun illər ərzində çalışdığı bildirilib.


Onun Rusiyadan Donald Tramp və onun əməkdaşlarının məxfi informasiyalarla ehtiyatsız davranışları ucbatından çıxarıldığı qeyd edilib. Casusun ölkədən necə evakuasiya edildiyi və hazırda harada olması barədə heç bir məlumatın olmadığı vurğulanıb.

(axar.az)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər