Ru
21:09 / 07 Oktyabr 2019

ABŞ-la Çin arasında növbəti danışıqlar bu həftə başlayır

1296
ABŞ-la Çin arasında ticarət danışıqlarının növbəti mərhələsi oktyabrın 10-da Vaşinqtonda başlayacaq.

BakuPost xarici mediya istinadən xəbər verir ki, Ağ Evin Mətbuat xidməti Çinin baş nazirinin müavini, yüksək ticarət elçisi Liu Henin başçılığı ilə, təqribən, 30 nəfərlik yüksək səviyyəli ticarət heyətinin ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Steven Mnuçinlə görüşəcəyini açıqlayıb.

Danışıqlarda əsas diqqətin əqli mülkiyyət hüquqları, xüsusi texnologiyaların icbari ötürülməsi, kənd təsərrüfatı, mühafizə, xidmətlər, qeyri-tarif sədlər kimi sahələrdəki əlaqələrə yetiriləcəyi bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər