Ru
12:52 / 20 Dekabr 2019

ABŞ Nuhun gəmisinə 1 milyon dolları niyə ayırdı?

5256

xanəmir telmanoğlu

Ey dili qafil fil faili məchul fani f...


Bir zamanlar əfsanə, mif üzünü bizə göstərən bəzi əhvalatlar, bir də görürsən ki, gözləmədiyin yerdə reallığını gözlərin qarşısına sərdi. Ümumiyyətlə, yaşadığımız dövrün bir özəlliyi var: min illərdir dolaşan miflər, əfsanələr reallıq sifətini göstərməyə başlayır. Budurmu apokalipsis. Budurmu, qiyamət, bilmirəm. Sadəcə bildiklərimdən biri yaşadığım əsrdə az qala bütün kitabları doldurub daşıracaq, ikinci bir su basqını yaradacaq Nuhun tufanı ilə bağlı olan, hətta dini mətnlərdə məharətlə yerini alan əhvalatdır. O əhvalat ki, daşqınla, sellə-suyla, gəmiylə, daşqın sonrasıyla bağlı məqamlarla bütün xalqların ədəbiyyatında yer alıb və olduqca məşhurdur.

Bu əhvalatlar bizə nələr verir? Bu inanılması güc, zor olan hadisələr nədən yaddaşımızı silkələyir? Bizə hansı başqa və ötəki informasiyaları ötürür? Bizi hara, niyə, nə üçün hazırlayır? Sizcə bu miflər, əfsanələr bu planetdə o qədərmi boşuna bir mahiyyət daşıyır? Siz bu planeti mifsiz, əfsanələrsiz, rəvayətlərsiz təsəvvür edə bilərsinizmi? Bu suallar çoxdur və sualdan çox cavablarımızda yer alacaq boşluqları qəliyanlayan, odlayan yanaşmalardır ən azıdan. Bir onu söyləyə bilərəm ki, istənilən əfsanə, mif özündən əvvəlki və özündən sonrakı bir dünyanın gerçəklərindəki bəzi ilginc məqamları öz varlığında gizlədə, saxlaya bilir. Yeri gəldiyində o freakansları düzgün uyğulayıb, yaxalaya bildiyində yenidən mif mifliyindən çıxır, əfsanə əfsanəliyini yerdə qoyur. Yerin- göyün bağrından dəyərləyib toparladığı min illərin “canlı enerjisini” hərəkətə keçirir, beynlərimizdə, varlığımızda təlatümlər yaradır. O zaman bizlər də hərəkətə keçib həqiqətlərin ardınca vurnuxub nələrisə araşdırmaqla məşğul oluruq. Bu həqiqətlərin bu planetdə ən irisi, ən yekəsi bəlkə də Nuhun tufanı, Nuhun gəmisi olayıdır.

Yeni çağ miflərin, əfsanələrin altında yatan informasiyaların gerçəyini, real üzünü ortaya çıxarmaqla özünü təsdiqlədi. Olduqca qəribədir ki, bu hadisələr bizlərə məxsus olan ərazilərdə üzə çıxır. Bizə məxsus derkən, bir etnos və mədəniyyət daşıyıcıları olaraq bizim kimliyimiz bəlli ərazilərdə formalaşıb, kimliyimiz tarix yaşayıb.

Ancaq ürək ağrıdan məqam ondan ibarətdir ki, həmişə olduğu kimi, indi də bütün bizlə bağlı dəyərlərimizin gerçəklərini üzə çıxardan öz alimlərimiz, bizdən olanlar deyil, yad, yabançı, “gavur” dediyimiz elm adamalrıdır. Məsələn, ABŞ Nuhun gəmisinin tapıldığını, iznə düşüldüyünü, onun Ağrı dağında olduğunu dəqiqləşdirib tapmaq üçün 1999-cu ildə 1 milyon dollar verəcəyini elan etmişdi. ABŞ heç vaxt boşu-boşuna havaya güllə atmaz. Belə bir xəbər tirajlanmasını gündəmdə saxlayır və öz etgisini sürdürə bilirsə, demək daha ciddi bir məsələdən söhbət gedir. Kimə lazımdır axı o selin suyun ağzında əzilib dağılmış gəmi parçaları və onun mürəttəbatı, onun sakinləri? Yeni dünya üçün görəsən, bu qədərmi önəmlidir o gəminin izlərinə ulaşmaq, o gəminin heç olmasa qalıqlarını əldə etmək? ABŞ və digər güclü dövlətlər, inkişaf eləmiş ölkələr üçün, ilin- günün bu çağında, camaatın kosmosda at səyirtdiyi bir vaxtda, neçə min il bundan öncə böyük bir su daşqınından geriyə qalmış bir gəmi, taxta-ahşam bir gəmi axı kimə lazımdır? Bu maraqdırmı keçmişə, ya bu bizə qədərki tarix müstəvisində əcdadlarımıza bir sayğımı, vəfa göstərgəsimi? Hər şey öz yerində, ancaq reallıqlar onu deyirdi ki, gəminin izinə düşülüb və bu gəmi Ağrı dağı deyilən yerdədir. Əski Ahiddə də Nuhun gəmisinin Ağrı dağında olması ilə bağlı fikirlər var. Tarixçi Sirvolter Roleqt də yazır ki, Bizansın imperatoru Herakl 7-ci əsrdə Ağrı dağında içində bulunduğu Urartu dövlətini ziyarət etdi. 1-ci yüz ildə yaşamış Cosphus adlı tarixçi də gəminin Ağrı dağına endiyini, oturduğunu yazıb. Hətta uzaq tarix olmayan 20-ci əsrdə astronovat James İrvin “ Nuhun gəmisinin Türkiyənin şərqində axtarılmasını söyləyən bir səs duyduğunu” çoxları bilir, oxuyub və bu barədə məlumatlıdır. Sonra bu adam kosmosdan geri qayıtdığında Yüksək Uçuşlar Vəqfini qurdu. 1980-ci ildə iki dəfə Ağrı dağında araşdırma apardı. O yazırdı ki, əlimdən gələni eləsəm də, Ağrı dağında Nuhun gəmisi hələ də bizdən qaçır.

Beynəlxalq Nuhun Gəmisini Araşdırmaçılar qrupu olaraq bir dəstə Çinli alim 2010-cu ildə gəmini tapdıqlarını elan etdilər. Sözsüz ki, bu elan da dünyada geniş rezonans yarada bildi. Onların verdiyi məlumatda bildirilirdi ki, gəmi dağın 3500 metr yüksəkliyindədir. Təxmini olaraq 4800 illik buzlar arasında qalmağı başarıbdır. Qrupun lideri Man Fai Yuen mətbuat konfransı çağırdı və bildirdi ki, gəmidə girdiyimiz bölümdə əldə elədiyimiz nəticələrə əsasən deyə bilərik, bu gəmi tarixdə anladılan gəmiyə çox oxşayır. Biz bu taxta gəminin içini tapan və göstərən ilk qrup olduq. 38 mm-lik bir taxta parçasını İrandakı bir laboratoriyada karbon testindən keçirdik. Bu test zamanı taxta parçasının 4800 illik bir səlvi ağacına aid olduğu dəqiqləşib.

Əslən Hollandiyadan olan araşdırmaçı, hansı ki, əvvəllər də buralarda olmuşdu, Gerrid Aalten , “əlimizdə əfsanəvi Nuhun gəmisini tapmağımıza aid güclü faktlar var”- deyirdi . Tövratda Nuhun gəmisinin Göfər ağacından düzəldildiyindən yazılır. Bu iki ağacın da bənzərliyi isə alimlər tərəfindən isbat edilmişdir.
(yazının ardını qətiyyən qaçırmayın)


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər