Ru
22:27 / 07 Dekabr 2019

ABŞ “Taliban”la danışıqları bərpa edib

1522
ABŞ radikal islamçı “Taliban” hərəkatı ilə danışıqları bərpa edib.

BakuPost-un xarici mediaya istinadənməlumatına görə, ABŞ nümayəndələri Qətərin Doha şəhərində “Taliban”la danışıqlar aparır.

Qeyd olunub ki, müzakirələrdə əsas diqqət zorakılıq səviyyəsinin azaldılması olacaq ki, bu da öz növbəsində ölkədə atəşkəsə səbəb olacaq.

Xatırladaq ki, ABŞ ilə “Taliban” hərəkatı arasındakı danışıqlar sentyabr ayında Kabildə törədilən terror hücumu zamanı aralarında amerikalı hərbçilər də olduğu 12 nəfərin öldürülməsindən sonra Prezident Tramp tərəfindən dayandırılmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər