Ru
12:18 / 08 Oktyabr 2019

ABŞ tarixində ən çox cinayət törədən şəxs – Qurbanlarının əksəriyyəti qadınlar olub

1628
ABŞ tarixinin ən çox cinayət törədən şəxsi müəyyən olunub.


BakuPost xəbər verir ki, Federal Təşkilat Bürosu( FTB )93 cinayətini etiraf edən qatil Samuel Littlı ABŞ tarixindəki "ən çox cinayət törədən" qatil adlandırb.

The New York Post yazır ki, 79 yaşlı Littl 1970-2005-ci illərdə küçələri lərzəyə gətirmişdi. Yüzə yaxın cinayəti etiraf etməsinə baxmayaraq, müstəntiqlər onun bu qətllərin yalnız 50-də iştirakını sübut edə biliblər.
Onun qurbanlarının əksəriyyəti qadınlar olub və qurbanlarını daha çox boğaraq qətlə yetirməyə üstünlük verib. İllər boyu sərbəst gəzib-dolaşan cinayətkar heç vaxt həbs olunmayacağına inanırdı. Çünki o düşünürdü ki, heç kim onun qurbanları ilə maraqlanmır.

2012-ci ildə qaldığı bir sığınacaqda yaxalanan Samuel 1975-ci ilə qədər ABŞ-ın 11 ştatında 26 dəfə həbs edilib.

Günel
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər