Ru
19:40 / 14 Aprel 2021

“ABŞ Ukraynanı hücuma hazırlayır” – Müharibə anonusu

1322
"Krıma qarşı terror hücumları təhlükəsi davam edir. Əsas səbəblər ABŞ, NATO, bir sıra Avropa ölkələri və Ukraynanın anti-Rusiya fəaliyyətidir. Rusiya və digər ölkələrdə terror hücumlarına hazırlaşa biləcək təxribat və kəşfiyyat bölmələri üçün təlim mərkəzləri Qərbin dəstəyi ilə Ukraynada yerləşdirilib".

Bakupost.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yerli mətbuata açıqlamasında deyib.

Patruşev ötən il Krımda altı terror hücumunun qarşısının alındığını iddia edib: "Ukrayna əsgərləri ABŞ-ın köməyi ilə Krıma qarşı hərbi əməliyyatlara başlaya bilər. ABŞ Ukrayna ordusunu gücləndirməyə davam edir. Yalnız son günlər Amerikanın hava bazalarından Ukraynaya beşdən çox hərbi nəqliyyat təyyarəsi gəlib".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər