Ac ayılar turist marşrutunun bağlanmasına səbəb oldu

  • 12 Avq 2019 13:02
  • 597 Baxış
Ac ayılar turist marşrutunun bağlanmasına səbəb oldu

 


Cənubi Kamçatka qoruğunda aqressiv davranış nümayiş etdirən 70 ayıya görə Xakıtsin çayı üzərindəki turist marşrutu müvəqqəti olaraq bağlanıb.




Bakupost xəbər verir ki, bu barədə Kronotski qoruğuna istinadən "RİA Novosti" məlumat yayıb.




Bildirilir ki, sözügedən marşrutda təhlükəli vəziyyət yaranıb. Məlumata görə, Kuril gölü hövzəsində soma balıqlarının kürü tökdükləri yerə zəif gəlməsi səbəbindən ayılarda qida qıtlığı yaranıb və onlar müvəqqəti olaraq bağlınmış marşrutun keçdiyi çay boyunca toplanıblar.




Qida çatışmazlığı səbəbindən heyvanlar arasında qarşıdurmalar başlayıb ki, bu da onların insanlara qarşı aqressiya riskini artırır.