Ru
11:28 / 21 May 2019

Adam öldürüb ölkədən qaçan sürücünün məhkəməsi başladı

1826
 

Ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən 1982-ci il təvəllüdlü Telman Allahverdiyevin məhkəməsi başlayıb.


Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə T.Allahverdiyevin anket məlumatları dəqiqləşdirilib, növbəti məhkəmə mayın 29-na təyin edilib.


2015-ci ildə Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi 172 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun VAZ 21011 markalı avtomobili ilə toqquşub.


Qəzada sürücü R.İsmayılov hadisə yerində ölüb.


Hadisədən sonra Telman Allahverdiyev ölkədən qaçıb. Onun barəsində dövlətlərarası axtarış elan olunub. Bir müddət sonra T.Allahvediyev tutulub Azərbaycana göndərilib.


Onun barəsində Cinayət Məcəlləsinin 263-cü ( yol-nəqliyyat hadisəsini törətmək) maddəsi ilə cinayət işi açılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər