Ru
23:43 / 21 May 2019

Ağdamda 2 çoban seldən xilas edildi

1829
Qarqarçay
çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli
kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş
xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

  Fövqəladə
Hallar Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, nazirliyin
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarabağ
Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti
dövlət qurumları məlumatlandırılıb.

  Qarabağ
Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri
tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar
xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər