Ru
20:11 / 25 Aprel 2019

Ağdamda uçmaq təhlükəsi olan məscidin bərpasına başlanıldı

2814
Ağdamda uçmaq təhlükəsiylə üzləşən
məscidin bərpasına başlanıb.

 

BakuPost.az 
ONA-ya istinadən xəbər verir ki, bu məscid Xındırıstan kənd sakini Hacı
Cabbar bəy tərəfindən 1907-cı ildə yaşayış evi kimi tikilib.


 

Məscidin xarici görüntüsünün
dəyişdirilməsi nəzərdə tutulub və hazırda işğal altındakı Ağdam şəhərindəki
məscidin layihəsi əsasında tikinti işlərinə başlanıb.


 

Ağdam rayonunun  baş memarı Abduləli Mehdiyev bildirib ki,
binanın özəl bünövrəsi olmadığı üçün tikinti bərpa işləri ilə paralel, binanın
dayanaqlılığını artırmaq üçün beton bərkitmə işləri aparılıb. Eyni zamanda qoşa
minarənin tikintisinə də başlanıb.


 

Qeyd edək ki, bir əsrdən çox yaşı olan
tikili əvvəlcə yaşayış binası kimi nəzərdə tutulsa da, ötən əsrin 30-cu
illərində taxıl anbarı, 80-cı illərində tarix-diyarşünaslıq muzeyi, 90-cı
illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər