Ru
11:48 / 21 Sentyabr 2020

"Düşmən təxribatının qarşısını birlikdə ala bilərik" - Adil Əliyev cəbhədən danışdı

1540

“Ordumuzun fəaliyyəti, cəbhədəki vəziyyətlə bağlı rəsmi xəbər olmadan hansısa məlumatın yayılmasının qarşısını almaqla bağlı müəyyən işlər görməliyik”.

"BakuPost" xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev deyib.

Onun sözlərinə görə, daimi olaraq düşmən təxribatı ilə üzləşirik:

“Biz dövlətin rəsmi məlumatlara inanıb, onların təbliği ilə məşğul olmalıyıq. Ordunun fəaliyyətiylə bağlı bir çox məsələnin rəsmi məlumat olmadan işıqlanmaması üçün müəyyən işlər görülməlidir: Hər birimiz seçicilərimizlə görüşlərdə, həmçinin mətbu orqanlarda bağlı bu məsələyə diqqət yetirməliyik. Pandemiyanı və baş vermiş Tovuz hadisələrini nəzərə almalıyıq. Düşmən təxribatının qarşısını biz birlikdə ala bilərik”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər