Ru
22:21 / 21 Fevral 2020

Adil Əliyev həbslərdən yazdı: "Rüsvay olurlar..."

2240
"Cənab Prezidentin sözlərindən nəticə çıxartmayan, insanları incidən və rüşvət alan məmurları həbs edilən icra başçılarının taleyi gözləyir."

BakuPost.az xəbər verir ki, bu sözləri "Azərbaycan Kikboksinq Federasiyası"nın prezidenti, millət vəkili Adil Əliyev deyib.

A. Əliyev son günlər ölkədə yaşanan həbslərlə bağlı fikirlərini "Facebook"da paylaşıb:


"Cənab Prezidentin sözlərindən nəticə çıxartmayan, insanları incidən və rüşvət alan məmurları həbs edilən icra başçılarının taleyi gözləyir. Bir müddət əvvəl mətbuata müsahibəmdə bəzi icra başçılarının qanunsuzluq etmələri haqqında fikirlərimi bildirmişdim. Fikirlərimə görə məni qınayanlar oldu. Ancaq son həbslər göstərdi ki,fikirlərimdə yanılmamışam. Üstəlik,cənab Prezident çıxışlarında məmurları xalqla iç-içə və qanunsuz işlərdən uzaq olmalarına çağırır. Bunu etməyənləri qanunla cəzalandıracağını bildirmişdi. Ancaq bəzi məmurlar bundan dərs almadılar. Nəticədə də hüquq mühafizə orqanları tərəfindən həmin məmurlar rüşvət aldıqları yerdə cinayət məsuliyyətinə cəlb olunurlar. Hadisələrə mənəvi-psixoloji tərəfdən yanaşdıqda ortaya belə nəticə çıxır: Həbs edilən məmurlar el-oba, ailələri,qohum-əqrabası içində də rüsvay olurlar. Həmçinin onlar bununla milli dövlətçiliyə zərbə vururlar. İnsanlar arasında dövlətimizə qarşı inamsızlıq formalaşdırırlar. İnsanlarımızı əzab-əziyyətlə qurulan dövlətimizdən küsdürürlər. Nə qədər gec deyil, həmin məmurlar qanunsuz işlərindən uzaq durmalı və cənab Prezidentin bildirdiyi kimi “xalqın xidmətçiləri” olmalıdılar".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər