Ru
16:52 / 13 Dekabr 2019

AFFA 25 nəfəri diskalifikasiya etdi - Danışılmış oyunlara görə

2967
I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

BakuPost.az-ın məlumatına görə, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:


“Turan Tovuz”

1. Qocayev Sənan – futbolçu
2. Rüstəmov Misir – futbolçu
3. Bağırov Emin – futbolçu
4. Sadıqov İlkin – futbolçu
5. Məmmədov Rüfət – futbolçu
6. Tağıyev Eltay – futbolçu
7. Quluzadə Şahin – futbolçu

“Ağsu”

1. Kərimov Rəşad – icraçı direktor
2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
3. Hacıyev Ənvər – klubun işçisi
4. Əliyev Ramil – futbolçu
5. İbrahimov Vüsal – futbolçu
6. Əmrahov Qalib – futbolçu
7. Əliyev Elçin – futbolçu
8. Əliyev Məhəmməd – futbolçu
9. Həşənov Şamo – futbolçu
10. Mirzalıyev Ruslan – futbolçu
11. Quliyev Orxan – futbolçu
12. Rəhimov Fərrux – futbolçu
13. Həşimov Elçin – futbolçu
14. Babayev Malik – futbolçu
15. Kərimov Ramil – futbolçu
16. Mustafayev Vüsal – futbolçu
17. Məmmədov Kənan – futbolçu

“Zirə-2”

1. Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər