Ru
18:23 / 05 May 2021

AFFA Operativ Qərargaha müraciət etdi

1167
AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət edib.

Bu barədə Bakupost.az -a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. O, müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədiklərini bildirib: "Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab gələcəyini gözləyirik".

Qeyd edək ki, mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan Kubokunun final oyununda "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər