Ru
14:44 / 15 Yanvar 2020

Ağ Ciyər Xəstəlikləri İnstitutunda 2 nəfər öldü - AÇIQLAMA

4376
12:52

Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.


Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda qanaxmadan dünyasın dəyişib.


Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.

***

Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova Unikal.org-a açıqlamasında bildirib ki, ağır xəstələrin ölməsi normal hadisədir:

“Bu məlumatı hansısa yaramaz bir senssasiya kimi sizə ötürüb. Belə ölüm hadisələri olur. Amma bu o demək deyil ki, onlara baxış yoxdur. Onlar hər ikisi ağır xəstə olublar. Bizdə ölüm komissiyası var. Bunların da ölüm səbəbləri araşdırılacaq. Onların hansı səbəbdən ölümlərini isə sizə deyə bilməyəcəm. Bu həkim sirri məsələsidir”.




Şərhlər
  • ABDULLAYEVA SADET

    O XARABA ISTITUTDA OZBASNALIQDIR. MUALICE ETMIRLER YOCLAMIRLAR ANCAQ PUL ISTEYIRLER. 4 GUN ONCE YOXLANMANI YARIM QOYUB CIXMISIQ ORDAN

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər