Ru
21:48 / 07 Dekabr 2021

Ağakərimin bu görüntüləri narazılıq yaratdı: “Guya yaxşılıq etmək istəyirlər...“ - VİDEO

8229
Televiziyaların məşhurlardan istifadə edərək reytinq qazanması son vaxtlar ən çox müzakirə edilən məsələlərdən biridir.

Uzun müddətdən bəri yataq xəstəsi olan tanınmış meyxana ustadı Ağakərimlə (Kərim Novruzov) bağlı yayılan son görüntülər bu problemi daha da aktuallaşdırıb.

Çəkiliş zamanı vəziyyəti pisləşən söz ustadı pərəstişkarlarını göz yaşlarına boğub.

Onun bu görüntülərinin efirə verilməsi birmənalı qarşılanmayıb, bəziləri bunun düzgün olmadığını bildiriblər.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan “Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu kimi görüntülərin efirə verilməsində qadağa olmadığını, lakin bunun peşə etikası baxımından düzgün olmadığını qeyd edib:

“Ümumilikdə belə bir qayda yoxdur ki, hansı halda, insanın xəstəliyinin hansı dərəcəsində onu çəkmək olar, yoxsa yox. İstənilən halda bunun üçün ev sahibinin icazəsi olmalıdır, bu mütləqdir. İkincisi, bu görüntüləri çəkərkən jurnalist peşəkarlığı, insan vicdanı olmalıdır. Əgər xəstə olan insanın vəziyyəti ağırdırsa, onun üçün bu çəkiliş çətindirsə, bunu kütlə qarşısında əks etdirməyə nə ehtiyac var?! Guya yaxşılıq etmək istəyirlər, amma hər bir görüntü onun üçün stressdir. Həmçinin bu görüntülərə baxan insanlar da stress yaşayırlar. Bu o qədər də xoşa gələn səhnə deyil. Ona görə jurnalistlər bu məsələyə çox ehtiyyatla yanaşmalıdırlar. Bunu adətən ad hesabına, özünü göstərmək üçün, “Mən getdim filankəslə söhbət elədim” demək xatirinə edirlər. Lakin bu nə peşə prinsiplərinə, nə də jurnalist vicdanına uyan bir şey deyil. Çəkiliş üçün birbaşa qadağa isə yoxdur. Jurnalist vicdanı olmalıdır, ehtiyyatlı olmaq lazımdır. Axı jurnalistin tamaşaçıları qarşısında, informasiya mənbələri qarşısında da öhdəlikləri var, həmin vəziyyətdə olan şəxs onun informasiya mənbəyidir və çətin vəziyyətdədir, bunu mütləq nəzərə almaq lazımdır”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər