Ru
18:17 / 11 Aprel 2021

“Ağdamda hər şey tamamilə dağıdılıb” - Asadjon Xojayev

1396
Biz Ağdamda böyük dağıntıların şahidi olduq. Burada hər şey - bütün infrastruktur, evlər tamamilə dağıdılıb.

"BakuPost" xəbər verir ki, bunu Ağdamda səfərdə olan Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev jurnalistlərə açıqlamasında deyib.

Asadjon Xojayev bildirib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Qarşıda quruculuqla bağlı böyük işlər durur. Türk Şurasına üzv ölkələr işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməlidir. Özbəkistan artıq quruculuq və infrastrukturun bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbin tikintisini həyata keçirərək Azərbaycan xalqına hədiyyə edəcək. Ən başlıcası, bu torpaqlara sülhün qayıtmasıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər