Ru
17:06 / 30 Noyabr 2020

Ağır vəziyyətdə olan qazimizdən müraciət VİDEO

1259
İmişli rayon sakini Nahid Şıxəliyev Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb.

"BakuPost"un məlumatına görə, Vətən müharibəsi qazisi həm dövlət qurumlarından, həm də imkanlı şəxslərdən köməklik istəyib.

O bildirib ki, ağrılara dözə bilmir və müalicəsi üçün dəstək gözləyir: "Döyüşlərdə ayağımdan və qolumdan yaralandım. Ağciyər pnevmoniyasından və böyrək xəstəliyindən əziyyət çəkirəm. Öz imkanım da yoxdur. Şəmkir hospitalından 60 günlük məzuniyyət ilə evə göndəriblər. Hazırda ağrıkəsicilərlə, morfinlə yaşamağa davam edirəm. Dövlətimizdən və imkanlı şəxslərdən yardım istəyirəm".

Qazimizin əlaqə nömrəsi: 050-430-05-55.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər