Ru
01:47 / 16 Sentyabr 2021

Aİ-95 xaricdə bahalaşıb? Hansı ölkədə? – Ekspert SOCAR-ı ifşa etdi

8312
SOCAR Aİ-95-in qiymət artımını "dünyada benzin qiymətləri artır, biz isə idxalçıyıq, ona görə də qiyməti artırırıq" kimi absurd tezislə əsaslandırır. Ancaq bu, həqiqəti əks etdirmir.

Bakupost.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Natiq Cəfərli araşdırmalarını təqdim edib.


O bildirib ki, əvvəla, 170 ilik neft çıxartma tarixi olan ölkədə keyfiyyətli benzin istehsalının qurulmamasını demək ayıbdır:

“Digər tərəfdən, SOCAR ölkəyə gətirilən Aİ-95 markalı benzinin 72%-ini Rusiyadan alır. Son 2 həftədə isə Rusiyada Aİ-95 markalı benzinin pərakəndə qiyməti 22 qəpik azalıb. Bu gün Rusiyada Aİ-95-in pərakəndə satış qiyməti 49,76 rubldur - bu isə 1 manat 17 qəpik edir.

Topdansatış qiyməti isə 10% daha ucuzdur. SOCAR topdansatış qiyməti və daimi müştəri endirimi ilə alır, deməli, Aİ-95 SOCAR-a, təqribən, 1 manat 5 qəpiyə başa gəlir, daşınma xərci hər litrə görə, maksimum, 2-3 qəpik təşkil edir. Yəni SOCAR ümumi həcmin 72%-i Rusiyadan 1 manat 7 qəpiyə alır. Yaxşı, bəs ölkədə niyə 1 manat 60 qəpiyə satır?!”

Ekspert qeyd edib ki, Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini süni surətdə qaldıran SOCAR-dır, çünki inhisarçıdır, bazara kimsəni buraxmır:

“Bu növ benzinin qalxmasının büdcəyə əlavə vəsait daxil olması ilə birbaşa əlaqəsi yoxdur. Yəni, SOCAR Aİ-95-in qiymətini 15 qəpik artırdısa, bu o demək deyil ki, həmin 15 qəpik büdcəyə gedir. Vəsait SOCAR-a daxil olur”.

N.Cəfərli Azərbaycan sərhəddinə qədər litri 42,3 rubla Aİ-95 benzini almağın mümkün olduğunu da vurğualyıb:

“Hətta mənə imkan versələr, o yanacağı yanacaqdoldurma stansiyalarına 1 manat 25 qəpiyə sata bilərəm, onlar da 5 qəpik üzərinə əlavə edib, camaata 1 manat 30 qəpiyə əhaliyə sata bilərlər”.

Ekspertin sözlərinə görə, heç kəsə bu markalı benzin gətirməyə imkan vermirlər, özləri isə süni surətdə qiyməti qaldırıb, milyonları mənimsəyirlər.

Elnur,
Bakupost.az
Şərhlər
  • Əflatun

    Hörmətli ekspert,Rusiyada Aİ-95 benzini YDM-də siz dediyiniz qiymətə satılır.Əslində YDM bu benzini bundan açağı qiymətə alırlar.İkinci tərəfdən Niyə SOKAR Rumıniyada tikdirdiyi zavodu Baklda tikməyib?Üçncü tərəfdən qiyməti tarif şurası SOKAR-ın təklifinə görə artırıb.Bəs tarif şurası araşdırmadan niyə bu provakasiyay gedib?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər