Ru
21:18 / 27 Oktyabr 2021

Aida Eyvazlı ali mükafata layiq görüldü - FOTOLAR

2801

Aida Eyvazlı Saxa Yakutiya Respublikasının ali mükafatına layiq görülüb.


Bakupost.az -ın xəbərinə görə, bu barədə öz feysbuk səhfəsində məlumat verən jurnalist bildirib ki, onu bu ölkə ilə şair Əkbər Qoşalı tanış edib: " Şerlərimin birində yazmışam ki, neçə-neçə daş kitabə yazılarda yazım qalıb, izim qalıb...


Saxa Yakutiya Respublikasında qalan izimə döndüm. Böyük türk klassiki Platon Oyunskinin "Qırmızı şaman" kitabını tərcümə etdiyimə görə Saxa Yakutiya Respublikasının ali mükafatına "Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" medalı ilə təltif olundum.

Məni bu ölkə ilə dost edən Əkbər Qoşalı olub!

Zəhmətimə dəyər verən Yakutiya Yazıçılar Birliyinin sədri Natalya Xarlampevaya sonsuz təşəkkürlərim vardır. Mükafatı mənə Saxa Yakutiya Respublikasının Baş nazirinin müavini Sergey Vasilyeviç Mestnik təqdim etdi".

Aida Eyvazlı ali mükafata layiq görüldü -  FOTOLAR
Aida Eyvazlı ali mükafata layiq görüldü -  FOTOLAR
Aida Eyvazlı ali mükafata layiq görüldü -  FOTOLAR
Aida Eyvazlı ali mükafata layiq görüldü -  FOTOLAR
Aida Eyvazlı ali mükafata layiq görüldü -  FOTOLAR
Aida Eyvazlı ali mükafata layiq görüldü -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər