Ru
10:32 / 17 Yanvar 2020

Ailənin 5 üzvü göbələkdən zəhərləndi - AZƏRBAYCANDA

1888
Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib.

BakuPost report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.


Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib.

Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.

Onlar göbələkdən zəhərləndiklərini bildirirlər. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər