Ru
15:11 / 18 Sentyabr 2021

Akar: "Türkiyə dost və qardaş ölkələrin yanındadır"

1500

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır".




Bakupost.az -ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: "Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir".

Nazir həmçinin azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini də vurğulayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər