Akif Çovdarovun qurbanının cəzası 7 il azaldıldı

349

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan "Real MTK”nın rəhbəri İlham Qasımovun kassasiya şikayəti üzrə məhkəmə bitib.
 
BakuPost xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımov təqsirləndirilən şəxsin cəzasından 7 il çıxılıb və onun üzərində 5 il cəza saxlanılıb.                                             
 Qeyd edək ki, İ.Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. Sonradan ona  CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə İ. Qasımovun cəzasını 15 ildən 12 ilə endirib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər