Ru
16:59 / 24 Noyabr 2021

Aldığı tumun içərisindən həşəratlar çıxdı - AÇIQLAMA - VİDEO

7305

Bakıda satışda olan günəbaxan tumunun içərisindən həşəratlar çıxıb.

Bu barədə Bakupost.az –a vətəndaş görüntülər göndərib.

Belə ki, şikayətçi dünən Ceyranbatan qəsəbəsində marketlərin birindən aldığı “Lastoçka” tumunu açarkən içindən xeyli sayda naməlum qararəngli həşəratlar çıxdığını görüb. Çoxlu birələr ətrafa səpələnərək, evi basıb.

Gördüyü mənzərədən dəhşətə gələn alıcı həmin anları kameraya çəkib.


Vətəndaşın dediyinə görə, o “Lastoçka” tumunu tez-tez alırmış. Lakin belə natəmizliklə ilk dəfə qarşılaşır:


“Bu tumları uşaqlar da alıb çırtlayır. Təsəvvür edin ki, uşaq bilmədən qurdlu tumu ağzına aparır. Yayılan birələri evdən güclə təmizlədik”.


Məsələ ilə bağlı “Mister Tum” şirkəti ilə əlaqə saxladıq.

Şirkətdən Bakupost.az -a bildirdilər ki, yayılan görüntülər həqiqəti əks etdirmir:


“Məhsul bizim qablaşdırmadır. Amma görüntülərdə həmin tum paketinin ağzı açıqdır. Ola bilər ki, onun içindəki tum boşaldılıb, başqa məhsul tökülüb. Bunu bizim firmaya qarşı qərəzli addım kimi sayırıq.

Şirkətimiz ən son texnologiyalarla çalışır, bütün gigiyenik qaydalara əməl olunur. Aidiyyəti qurumlar gəlib yoxlayır, işlər kifayət qədər yüksək səviyyədə görülür. Burada hansısa həşərat və yaxud başqa antisanitariya şəraiti ilə rastlaşmaq mümkün deyil. Həmçinin, bizim məhsulun istehlak müddəti var. Bütün əməkdaşlara həmin istehlak müddətinə riayət olunması göstərişi verilib. Artıq müddətinin bitməyinə az qalmış bütün mağazalarda olan məhsullarımızı yararsız mal olaraq şirkətə geri qaytarırıq. Əvəzində yeni istehsal olunmuş məhsullarla mağazaları təmin edirik. Ona görə həmin video reallığı əks etdirmir”.


Qeyd edək ki, bundan əvvəl də mətbuatda tum paketlərinin içərisindən yad cisimlərin çıxması ilə bağlı xəbərlər yayılıb.



BakuPost

Şərhlər
  • Akif

    Birə çıxdı,o da uçdu getdi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər