Alimlərdən tək uşaqlarla bağlı araşdırma - Daha yaradıcıdırlar

492
Çinli alimlər uşaqlarla bağlı yeni araşdırma aparıb.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Çunçin şəhərində yerləşən Cənub-qərb Universitetinin araşdırmaçıları, ailənin tək övladlarının beyin MRT-si ilə ailədə sayı birdən daha çox olan uşaqların beyin MRT-sini müqayisə edib. Bu zaman alimlər tək uşaqlarda, beynin içində yerləşən boz maddənin daha çox olduğunu müşahidə ediblər. Nəticəyə görə, ailənin tək uşaqlarının beyinləri struktur olaraq daha fərqli inkişaf edir.

Mütəxəssislər "tək uşaqlar daha yaradıcı, lakin daha eqoist olur" deyirlər. Onların fikirlərinə görə, beyin inkişafında ailə quruluşu da mühüm rol oynayır.
 
Qeyd edək ki, görmə, iyləmə, eşitmə, danışma, qərar vermə və idrak etmə kimi müxtəlif prosesləri beynimizdəki boz maddə idarə edir.

Bakı Post


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər