Ru
11:56 / 25 Noyabr 2020

“Allaha şükürlər olsun ki, Trampdan xilas olduq” - Ruhani

932
“Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”.

Bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

O, ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibəni İran-İraq müharibəsi ilə müqayisə edərək hər iki cəbhədə İran xalqının müqavimətinin qələbə çaldığını bildirib: “İran xalqının qələbəsinin və düşmənin iqtisadi müharibədə məğlub olmasının sübutlarından biri Tramp dövrünün başa çatmasıdır. Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyası yayıldığı zaman İrana 5 milyard dollarlıq tibbi yardım etmək istəyirdi. Ağ Ev isə buna imkan vermədi”.

H. Ruhani ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümidvar olduqlarını qeyd edib: “Belə olarsa, İran və ABŞ 20 yanvar 2017-ci ildəki dövrə qayıda bilərlər. Bu məsələnin həll yolu ola bilər və şəraiti dəyişə bilər. Bizim proqramlarımız ən ağır şəraitə uyğun tənzimlənib və biz bu proqramları öncədən tədarük görmüşük”./APA
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər