Ru
22:07 / 16 Fevral 2019

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi: Problem həllini tapır

4311
Qafqaz Müsəlmanları
İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 14-də Moskvada azərbaycanlı
Yaşar Əliyevə məxsus "Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri
arasında baş vermiş kütləvi dava ilə bağlı dərhal Çeçenistanın rəsmi dairələri
ilə əlaqə saxlayıb. BakuPost-un məlumatına görə, bu barədə Modern.az-a
Rusiyadakı mötəbər mənbə məlumat verib.   Mənbənin məlumatına
görə, hadisə barədə ilk xəbəri aldıqdan sonra Qafqaz Xalqları Ali  Dini Şurasının sədri olan Şeyxülislam dərhal
Rusiyadakı çeçen icmasının nüfuzlu dini və ictimai liderləri ilə danışaraq, baş
verən prosesi dayandırmaq üçün birgə işin zəruriliyini bildirib. Mənbə qeyd edib ki,
bir sıra maraqlı qüvvələr Rusiyada adi kriminal hadisəni məzhəb davasına keçirməyə
cəhd ediblər. A.Paşazadə Çeçenistanın  rəsmi
dairələri və nüfuzlu din xadimləri ilə də təmas yaradaraq, onları bu təhlükəli
amilin qarşısını almaq üçün birgə səy göstərməyə çağırıb. Şeyx eyni zamanda Azərbaycan
diasporu və rəsmi dairələri ilə mütəmadi əlaqə saxlayıb.   QMİ sədrinin və dövlət
qurumlarının birgə iştirakı ilə aparılan təxirəsalınmaz işlər öz nəticələrini
verib. Müəyyən qüvvələrin məişət kriminalını məzhəb davasına keçirmək cəhdləri
baş tutmayıb. Çeçen və azərbaycanlı icması bir stol arxasında oturaraq dostluq
və qardaşlıq mesajlarını veriblər.   Moskvada toplaşan hər
iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin
olmadığını bəyan ediblər.   Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər
iki tərəfi bu təxribata uymamağa çağırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər