Ru
13:47 / 22 Oktyabr 2018

Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırır

1975
Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışını dayandırır. 


BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat naziri Peter Altmaier məlumat verib. 


O bildirib ki, federal hökumət Səudiyyə Əsəbistanına silah və hər hansı hərbi sursatın satışına icazə verməyəcək. Bundan başqa Avropa Birliyi üzvlərinin də sözügedən ölkəyə qarşı eyni cür davranmasına çalışacaq.


Nazir qeyd edib ki, koalisiya ortaqları da onlarla həmfikirdilər. Belə ki, onlar sədiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı bu vaxta kimi verilən rəsmi açıqlamalardan razı qalmayıblar. Altmaier Avropa ölkələri olaraq bu məsələyə eyni cür münasibət göstərilməli olduğuna diqqət çəkib. 


Yaşıllar Partiyası isə Səudiyyə Ərəbistanı ilə strateji ortaqlığa son qoyulmasını tələb edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər