Almaniyada miqrantların yaşı yeni üsulla dəqiqləşdiriləcək - Özünü azyaşlı kimi təqdim edənlərin işi çətinləşir

1513

Almaniya Səhiyyə Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaşları dəqiqləşdirilməyən uşaqların və ya gənc miqrantların yaşlarının yoxlanılması və müəyyənləşdirilməsi qaydaları üzərində iş aparılır.

BakuPost-un məlumatına görə, səhiyyə naziri Jens Spahn bunu "New Westphalian" nəşrinə müsahibəsində bildirib. 

Səhiyyə Nazirliyi 2018-ci ildə doğum tarixi məlum olmayan şəxslərin yaşlarının alternativ rentgen şüalanması ilə müəyyənləşdirilməsiylə əlaqədar Fraunhofer Gesellschaft və Saarland Universitetinin bir layihəsini dəstəkləyib. Layihənin maliyyələşdirilməsi üçün 1 milyon avro ayrılıb. J. Spahn layihənin yekun nəticəsinin 2020-ci ilin sonunda açıqlanacağını nəzərə çatdırıb. 

Qeyd edək ki, Almaniyaya hər il minlərlə şəxsiyyəti təsdiq edən sənədi olmayan, özünü azyaşlı kimi təqdim edən sığınacaq axtaran miqrant gəlir. Bəzi hallarda isə 18 yaşı tamam olmuş şəxslər özlərini azyaşlı kimi təqdim edir, bu yolla status almağa və ya daha üstün hüquqlar əldə etməyə nail olurlar. Yaşın dəqiqləşdirilməsinin mümkünsüzlüyü bəzən insanların cinayət məsuliyyətindən yayınmasına da səbəb olur.

Elçin Mirzəyev

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər