Ru
13:29 / 27 Yanvar 2021

AMEA-dakı "Qaynar xətt" dayandırıldı: "Bu, bağışlanmaz cinayətdir"

2037

"AMEA-nın Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib".

"BakuPost" xəbər verir ki, bunu teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli bildirib.




O qeyd edib ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı: "İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər - AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və İnstitutunun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar.


Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə QƏSD və bağışlanmaz CİNAYƏT hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsləyə biganə qalmayacaq".



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər