Ru
13:15 / 24 İyun 2019

AMEA-nın magistraturasına qəbul olan bakalavrların diqqətinə!

2363
2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. BakuPost-un məlumatına görə, qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur: - Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış; - Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə; - Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə; - 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd; - Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə; - Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini. Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər