Ru
13:59 / 17 May 2019

Amerika hərbi gəmiləri Fars körfəzinə daxil oldu – Müharibə başlayır?

3341
Amerika döyüş gəmiləri Fars körfəzinə daxil olub.

 

Bakupost "RİA NOVOSTİ”yə istinadən bildirir ki, bütün bu hadisələr Birləşmiş Ştatlarla İran arasında münasibətlərin kəskinləşməsi fonunda cərəyan edib.

Hal-hazırda isə  körfəzdə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus, idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadriya minadaşıyıcısı var.

Rusiya mətbuatının yaydığı məlumata görə, təkcə "Abraham Linkoln” gəmisi 90 təyyarə və helikopteri daşıya bilir.

Zərbə qrupunun tərkibində təxminən 700 hərbi qulluqçunu və 14 texnikanı daşıya bilən "Arlington" gəmisi də yer alıb.


Pentaqon bildirir ki, körfəzə hərbi gəmilərin yeridilməsi  İranın yüksək hücum vəziyyətinə keçməsiylə bağlı Amerikanın atdığı cavabdır.

 

Ülviyyə

Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər